Rusiyada çoxmənzilli binada güclü yanğın baş verdi
Rusiyanın Samara vilayətində çoxmənzilli yaşayış binasında güclü yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə əməliyyat xidmətlərinə istinadən məlumat yayıb.
Yanğın Novokuybışevsk şəhər dairəsinin Molodyojnaya küçəsində yerləşən binanın beşinci mərtəbəsindəki mənzildə başlayıb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının söndürülməsinə 82 nəfər və 28 texnika cəlb olunub.
Qeyd edək ki, bundan əvvəl Moskvanın şimalında yaşayış binasında güclü yanğın baş vermişdi. Hadisə zamanı sakinlərdən bəziləri xilas olmaq üçün pəncərələrdən tullanmağa məcbur olmuşdu. Nəticədə bir nəfər həyatını itirib, daha bir nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
23:28 30.09.2026
Oxunuş sayı: 46