Putin veteranların hakimiyyətdə rolunun artacağını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynadakı müharibədə iştirak etmiş hərbçilərə söykənmək ölkənin hakimiyyət orqanlarında kadr siyasətinin ayrılmaz hissəsinə çevrilib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Putin qeyd edib ki, döyüş əməliyyatlarında iştirak edən hərbçilərin dövlət idarəçiliyinin bütün səviyyələrində kadr siyasətinə cəlb olunması artıq geniş tətbiq edilir. O, bunu “Qəhrəmanların zamanı” federal proqramı və onun regional analoqları ilə əlaqələndirib.
Rusiya prezidenti həmçinin döyüş şəraitində ən yaxşı keyfiyyətlərini nümayiş etdirən şəxslərin mülki sahələrdə də öz potensiallarını reallaşdırmalarına kömək göstərilməsinin vacibliyini vurğulayıb.
Daha əvvəl Putin döyüşlərdə iştirak edən hərbçilərə dəstək tədbirləri sisteminin təkmilləşdirilməsi yolu ilə Rusiyanın müdafiə qabiliyyətinin artırılmasının vacibliyini bildirmişdi.
19:52 30.09.2026
Oxunuş sayı: 36