Rusiya NATO-ya nüvə silahı ilə bağlı nota göndərib
NATO Rusiyadan nüvə silahından istifadə etməyə hazır olması barədə diplomatik nota alıb.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans Moskvanın notasına qısa cavab verib. Cavabda NATO-nun Rusiyaya qarşı aqressiv planlarının olmadığı qeyd olunub.
Rutte NATO-nun müdafiə xarakterli alyans olduğunu vurğulayıb.
Daha əvvəl “Reuters” Rusiyanın NATO-ya diplomatik nota göndərdiyini və Kalininqrad vilayətini təcrid etmək cəhdi olacağı təqdirdə Moskvanın nüvə silahından istifadə edə biləcəyinə dair xəbərdarlıq etdiyini yazıb.
“Reuters”in gördüyü sənəddə Moskva NATO-nu birbaşa silahlı qarşıdurma riskini artıran “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham edib.
19:35 30.09.2026
Oxunuş sayı: 40