Mariya Zaxarova Ukrayna ordusunda ciddi çatışmazlıq olduğunu bildirib
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrində şəxsi heyət çatışmazlığının kritik həddə çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Zaxarovanın sözlərinə görə, canlı qüvvə olmadıqda, pilotsuz uçuş aparatlarının sayının çoxluğu vəziyyəti dəyişə bilməz.
Diplomat qeyd edib ki, şəxsi heyətin çatışmazlığı Ukraynada qadınların mümkün səfərbərliyi ilə bağlı müzakirələrin intensivləşməsinə səbəb olub.
Qeyd edək ki, Zaxarova daha əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ukraynada qadınların səfərbər edilməsini düzgün addım adlandırmasını tənqid edib.
18:51 30.09.2026
Oxunuş sayı: 40