Azərbaycan şirkəti Pakistana zərbə dronları satır
Azərbaycanın BLACKYARD şirkəti Pakistana F-5000, DT-001 və F-1500 modellərindən ibarət zərbə təyinatlı pilotsuz uçuş komplekslərinin tədarükünə başlayıb.
Crossmedia.az xəbər verir ki, “Bakı fəhləsi” bu barədə məlumat yayıb.
Sözügedən pilotsuz sistemlər zirehli hədəflər də daxil olmaqla müxtəlif növ yerüstü texnikanın məhv edilməsi üçün nəzərdə tutulub.
Dronlar digər pilotsuz uçuş aparatları ilə qarşılıqlı fəaliyyət göstərə və onlardan hədəfin koordinatlarını ala bilir. Bortda quraşdırılmış kamera isə aparata obyekti müstəqil şəkildə aşkarlamağa və hücum həyata keçirməyə imkan verir.
Daxiliyanma mühərriki ilə təchiz olunan modifikasiya havada 5 saata qədər qala və 500 kilometrədək məsafədə fəaliyyət göstərə bilir. Elektrik versiyasının uçuş müddəti isə təxminən 40 dəqiqə, uçuş məsafəsi 40 kilometrədəkdir.
BLACKYARD şirkətinin məlumatına görə, hazırda Pakistan bu pilotsuz sistemlərin tədarükü ilə bağlı müqavilə imzalanan yeganə ölkədir.
18:03 30.09.2026
Oxunuş sayı: 37