Moldovada PUA partladı: Benderı yaxınlığında insident
Moldovada Benderı şəhəri yaxınlığında pilotsuz uçuş aparatı düşərək partlayıb.
Crossmedia.az xəbər verir ki, Moldova KİV-lərinin yaydığı məlumata görə, PUA səhər saat 05:40 radələrində havada aşkarlanıb və daha sonra Novoanenski rayonunun Kirbovets kəndindən kənar əraziyə düşüb.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazi hazırda mühasirəyə alınıb.
Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi üçün əraziyə polis əməkdaşları və ixtisaslaşmış ekspertlər cəlb olunub.
16:30 30.09.2026
Oxunuş sayı: 40