ABŞ-dan Latın Amerikasına MQ-9 Reaper planı: kartellər hədəfdə
ABŞ ordusu narkotik kartellərinə qarşı əməliyyatlar üçün Afrikada yerləşən MQ-9 Reaper pilotsuz uçuş aparatlarının Mərkəzi və Cənubi Amerikaya köçürülməsini nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ-ın Cənub Komandanlığının rəhbəri Frensis Donovan Latın Amerikasında mürəkkəb relyef və hava şəraiti səbəbindən əməliyyatlar üçün yüksək texnologiyalı sistemlərə ehtiyac olduğunu bildirib.
Donovan narkotik kartellərinə qarşı mümkün əməliyyatlarla bağlı heç bir variantı istisna etmədiyini deyib. O, bu tədbirlərin quru əməliyyatları, saxlamalar və kartellərin gizləndiyi məntəqələrin məhv edilməsini əhatə edə biləcəyini bildirib.
16:19 30.09.2026
Oxunuş sayı: 40