Türküstandakı həftəsonu məktəbinin şagirdləri Anım Gününü qeyd edib
Qazaxıstanın Türküstan vilayətində fəaliyyət göstərən “Qarabağ” Etnomədəni Birliyinin nəzdindəki həftəsonu məktəbində 27 Sentyabr – Anım Gününə həsr olunan açıq dərs keçirilib.
Dərsdə şagirdlərə Anım Gününün təsis olunması və Azərbaycan xalqının tarixində əhəmiyyəti, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu, həmçinin Qarabağın tarixi və mədəni irsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Açıq dərsin keçirilməsində əsas məqsəd gənc nəslə Azərbaycanın müasir tarixinin mühüm hadisələri barədə dolğun məlumat vermək, şəhidlərin xatirəsinə ehtiram hissini gücləndirmək və milli-mənəvi dəyərlərin qorunmasına töhfə vermək olub.
15:45 30.09.2026
Oxunuş sayı: 39