ABŞ Ali Məhkəməsi Trampa icazə vermədi
ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının miqrantları mənşə ölkələrindən başqa üçüncü ölkələrə sürətləndirilmiş qaydada deportasiya etməsinə müvəqqəti olaraq icazə verib.
Crossmedia.az xəbər verir ki, “ABC News” bu barədə məlumat yayıb.
Məhkəmə aşağı instansiyanın üçüncü ölkələrə deportasiyanı, miqrantlara əvvəlcədən lazımi bildiriş verilmədiyi üçün məhdudlaşdıran qərarını müvəqqəti dayandırıb.
Bununla da ABŞ hakimiyyəti məhkəmənin işə mahiyyəti üzrə yekun qərarı çıxarana qədər üçüncü ölkələrə sürətləndirilmiş deportasiyaları davam etdirə bilər.
Ali Məhkəmə iş üzrə əsas mübahisələri dekabr ayında nəzərdən keçirməyi planlaşdırır. Məhkəmənin rəsmi sənədində də işin dekabr 2026-cı il sessiyasında dinlənilməsi nəzərdə tutulur.
Məhkəmənin yekun qərarının Tramp administrasiyasının üçüncü ölkələrə deportasiya siyasətinin qanuniliyinə dair məsələləri müəyyənləşdirəcəyi gözlənilir.
12:26 30.09.2026
Oxunuş sayı: 38