Azərbaycanın U-21 millisi bu gün səfərdə Şotlandiya ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Kilmarnok şəhərində, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi 8 oyundan sonra 7 xalla beşinci, meydan sahibləri 11 xalla dördüncü pillədə qərarlaşıb.
09:18 30.09.2026
Oxunuş sayı: 36