Məktəbdə silahlı insident- müəllim öldürüldü
Türkiyənin Osmaniye şəhərində məktəb həyətində müəllim Mehmet Bilgiliyə silahlı hücum edilib. Ağır yaralanan müəllim xəstəxanada həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Haberler” bu barədə məlumat yayıb.
Hadisə Osmaniye şəhərinin Çardak kəndində yerləşən Farabi Anadolu Liseyinin həyətində baş verib. Məlumata görə, şübhəli şəxslə aralarında əvvəldən ədavət olduğu bildirilən müəllim Mehmet Bilgiliyə lisenziyasız tapança ilə atəş açıb.
Ağır yaralanan müəllimə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra təhlükəsizlik qüvvələri əməliyyat keçirib. Şübhəli hücumda istifadə etdiyi ehtimal olunan tapança ilə birlikdə qısa müddətdə saxlanılaraq nəzarətə götürülüb.
14:35 28.09.2026
Oxunuş sayı: 44