Donetskdə xəritəni dəyişdirən hadisə baş verdi
Rusiya hərbçilərinin Donetsk vilayətində yeni irəliləyiş əldə etdiyi və Rodinsk şəhərini işğal etdiyi bildirilib.
Crossmedia.az ˝DeepState” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə Ukraynanın analitik monitorinq layihəsi məlumat yayıb.
“Düşmən Rodinskini işğal edib, həmçinin Artilnoe ərazisində irəliləyib”, – deyə məlumatda qeyd olunub.
Rodinsk Donetsk vilayətinin Pokrovsk rayonunda yerləşən şəhərdir. Artilnoe isə Xarkov vilayətinin Kupyansk rayonundakı yaşayış məntəqəsidir.
Daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Onistrat bildirib ki, Rusiyanın yaxın bir il ərzində Donbası tam ələ keçirməsi mümkün görünmür. O qeyd edib ki, Rusiya qüvvələri bölgədə irəliləməyə çalışsa da, itkilərlə üzləşir.
Həmçinin “DeepState” analitiklərinin məlumatına görə, Rusiya qüvvələri 2026-cı ilin sonuna qədər bütün Donetsk vilayətini nəzarətə götürmək məqsədinə çata bilməyə bilər.
18:42 22.08.2026
Oxunuş sayı: 70