Bakıda Ahıska türklərinin tarixinə həsr olunan sərgi keçirilir
Bakıda “Ahıska türkləri: itirilmiş sürgünün izi ilə” adlı sərgi keçirilir.
Crossmedia.az xəbər verir ki, hazırda Milli Azərbaycan Tarixi Muzeyində sərginin açılış mərasimi davam edir.
Açılış mərasimində Dünya Ahıska Türkləri Birliyinin baş direktoru Ziyatdin Kassanov və Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış ediblər.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün də çıxış edəcəyi gözlənilir.
Sərgidə Ahıska türklərinin sürgün tarixi, yaşadıqları faciələr və keçdikləri tarixi yol əks etdirilir. Ekspozisiyada Ahıska türklərinin tarixini və sürgün prosesini əks etdirən sənədlər, fotoşəkillər və digər materiallar nümayiş olunur.
Qeyd edək ki, sərgi avqustun 21-dən 28-dək Milli Azərbaycan Tarixi Muzeyində davam edəcək.
15:25 21.08.2026
Oxunuş sayı: 50