Rusiya 64 Ukrayna dronun məhv edildiyini açıqladı
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri gün ərzində ölkənin müxtəlif regionları, eləcə də Qara və Azov dənizlərinin akvatoriyası üzərində 64 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Crossmedia.az ˝TASS˝a istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, dronlar Rusiya ərazisinə hücum cəhdi zamanı zərərsizləşdirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
22:35 20.08.2026
Oxunuş sayı: 47