Türkiyə İsrailin Suriyadakı aviabazaya zərbələrini pislədi
Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın İdlib vilayətində yerləşən tərk edilmiş Əbu-Zuhur aviabazasına endirdiyi zərbələri pisləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Türkiyə XİN zərbələri düşünülməmiş adlandırıb və İsrailin bu addımının Suriyanın ərazi bütövlüyünü və birliyini pozduğunu bildirib.
Ankara beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya qarşı hücumlarının dayandırılması üçün daha qəti mövqe nümayiş etdirməyə çağırıb.
22:18 18.08.2026
Oxunuş sayı: 52