Oreşnik Britaniyanı hədəfə ala bilər - Moskvadan şok çağırış
Rusiya Dövlət Dumasının deputatı Sergey Mironov Britaniyada Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının istehsal edildiyi müəssisəyə Oreşnik raketi ilə zərbə endirməyə çağırıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mironov bildirib ki, Rusiya hərbi-siyasi rəhbərliyi təmkin, məsuliyyət və soyuqqanlılıq nümayiş etdirir.
Deputat qarşı tərəfdə bəzi şəxslərin Rusiyanın təmkinli mövqeyini zəiflik kimi qiymətləndirdiyini iddia edib.
20:08 18.08.2026
Oxunuş sayı: 51