Rusiyaya kütləvi PUA hücumu: ən azı 6 nəfər ölüb
Ukraynanın Rusiyaya genişmiqyaslı PUA hücumu nəticəsində ən azı 6 nəfərin öldüyü bildirilir.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb.
Məlumata görə, hücum Rusiyanın bir sıra bölgələrini, o cümlədən Moskva ətrafını əhatə edib. Rusiya rəsmiləri hücum zamanı yüzlərlə PUA-nın zərərsizləşdirildiyini açıqlayıb.
Moskva yaxınlığında, Podolsk şəhəri ərazisində Rusiyanın böyük onlayn ticarət şirkəti “Wildberries”ə məxsus anbarlardan birində güclü yanğın baş verib.
Rusiya tərəfinin məlumatına görə, ölənlərdən 5-i Rostov vilayətində, biri isə Moskva ətrafında olub. Hücumun Ukraynanın müharibə başlayandan bəri Rusiyaya qarşı həyata keçirdiyi ən böyük PUA hücumlarından biri olduğu bildirilir.
Ukrayna tərəfi isə hücumların əsas hədəfləri arasında hərbi logistika və iqtisadi infrastrukturu göstərir. “Wildberries”in bir neçə logistika mərkəzinin də zərbələrə məruz qaldığı qeyd olunur.
17:13 18.08.2026
Oxunuş sayı: 47