Yaponiya səfiri Rusiya XİN-də 25 dəqiqə qaldı – SƏSSİZ çıxıb getdi
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını 25 dəqiqə sonra heç bir açıqlama vermədən tərk edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Akira Muto Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarından biri olan İturupa səfəri ilə bağlı Tokionun etirazından sonra Rusiya XİN-ə çağırılıb.
Diplomat nazirliyə daxil olarkən jurnalistlərin suallarını cavablandırmayıb. Görüşdən sonra da hər hansı açıqlama vermədən binanı tərk edib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Tokionun Putinin İturupa səfəri ilə bağlı etirazını şərh edərək Yaponiyanın bu məsələdə “nəzakət həddini aşdığını” bildirib.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə Akira Mutonun Lavrovun açıqlamalarından sonra özünü “kəskin şəkildə yaxşı hiss etdiyini” və buna görə nazirliyə əvvəlki tarixlərdə gələ bilmədiyini bildirib.
11:46 18.08.2026
Oxunuş sayı: 49