Moskva üzərinə son iki ilin ƏN KÜTLƏVİ PUA hücumu olub
Moskva meri Sergey Sobyaninin açıqladığı məlumatlara əsasən, Moskvaya və ətraf bölgələrə PUA hücumu cəhdi son iki ilin ən kütləvi hücumlarından biri olub.
Crossmedia.az xəbər verir ki, “TASS” Sergey Sobyaninin açıqlamalarına əsasən hesablamalar apararaq bu barədə məlumat yayıb.
Məlumata görə, avqustun 17-si axşam saatlarından 18-i Moskva vaxtı ilə saat 05:00-dək Moskva və ətraf bölgələr istiqamətində 620 pilotsuz uçuş aparatı hərəkət edib. Onlardan 180-nin paytaxt bölgəsində məhv edildiyi bildirilib.
Sergey Sobyanin dağıntıların olduğu ərazilərdə təcili yardım və digər operativ xidmətlərin işlədiyini qeyd edib.
“TASS”ın hesablamalarına görə, bu göstərici son iki ildə Moskva istiqamətində qeydə alınan ən genişmiqyaslı PUA hücumlarından biridir. Bundan əvvəl avqustun 15-i axşamından 16-sı səhərədək Moskva istiqamətində 600 PUA-nın hərəkət etdiyi, onlardan 201-nin Moskva bölgəsində vurulduğu bildirilmişdi.
Qeyd edək ki, Sergey Sobyanin 2025-ci il martın 11-də Moskvaya yaxınlaşarkən 74 PUA-nın vurulduğunu, ümumilikdə isə müxtəlif ərazilərdə yüzlərlə döyüş dronunun zərərsizləşdirildiyini açıqlamışdı.
09:19 18.08.2026
Oxunuş sayı: 60