Hindistan ABŞ ilə 203 milyon dollarlıq PUA müqaviləsi imzaladı
Hindistan Hərbi Dəniz Qüvvələri üçün ABŞ-nin General Atomics şirkəti ilə iki MQ-9B Sea Guardian pilotsuz uçuş aparatının 30 aylıq icarəsi barədə müqavilə imzalayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Müqavilənin dəyəri təxminən 203 milyon dollar təşkil edir.
MQ-9B Sea Guardian yüksək hündürlükdə uzunmüddətli uçuşlar həyata keçirə bilən pilotsuz sistemdir və əsasən dəniz ərazilərinin müşahidəsi və kəşfiyyatı üçün nəzərdə tutulub.
Müqavilənin Hindistan Hərbi Dəniz Qüvvələrinin Hind okeanında müşahidə və kəşfiyyat imkanlarının gücləndirilməsinə xidmət edəcəyi bildirilir.
23:18 17.08.2026
Oxunuş sayı: 59