Cənubi Koreya Trampın İran çağırışına yox dedi
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın İranla bağlı ABŞ-yə dəstək verməkdən imtina etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, o, Cənubi Koreya Prezidentinə zəng edərək İranla bağlı ABŞ-ın səylərinə qoşulmağı təklif edib. “Soruşdum: ‘İran məsələsində kömək etmək istərdinizmi?’ O cavab verdi: ‘Xeyr, təşəkkürlər’”, – deyə Tramp bildirib.Trampın açıqlaması ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin keçirildiyi vaxt səslənib. ABŞ lideri daha əvvəl bu təlimlərin miqyasının əhəmiyyətli dərəcədə azaldılmasına göstəriş verdiyini açıqlamışdı.
22:45 17.08.2026
Oxunuş sayı: 50