Ukraynanın 30 Rusiya hərbçisinin əsir götürüldüyü bildirilib
Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətində Andreevka-Klevtsovo yaşayış məntəqəsinə nəzarəti bərpa etdiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, söhbət keçmiş adı İskra olan yaşayış məntəqəsindən gedir. Ukrayna xüsusi təyinatlılarının ərazidə əməliyyat keçirərək nəzarəti yenidən ələ keçirdiyi və təxminən 30 Rusiya hərbçisinin əsir götürüldüyü bildirilir.
22:00 17.08.2026
Oxunuş sayı: 45