Moskva Britaniyanı nəticələrlə hədələyib
Rusiya Böyük Britaniyanı Ukraynaya dəstəyə görə nəticələrlə üzləşəcəyi barədə xəbərdar edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rusiyanın Londondakı səfirliyi Britaniya mediasında Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya istehsalı olan pilotsuz uçuş aparatlarından istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Səfirlik bəyan edib ki, Londonun Ukraynaya dəstəyi Britaniyanı Rusiyanın fikrincə, Ukrayna tərəfindən törədilən hücumlarda yardımçı və iştirakçı vəziyyətinə gətirir.
“Böyük Britaniyanın bu addımları ölkəmizi cilovlamaq və ona mümkün qədər böyük zərər vurmaq məqsədilə Ukraynanın qanlı cinayətlərinə və terror aktlarına dəstək və iştirak deməkdir. Londonun bu əməllərinin qaçılmaz nəticələri olacaq və buna görə cavab verməli olacaq”, – diplomatik nümayəndəlikdən bildirilib.
Səfirlik əlavə edib ki, Britaniyanın münaqişəyə cəlb olunması və Kiyevə dəstəyinin səviyyəsi artdıqca, bunun qiyməti də daha yüksək olacaq.
18:10 17.08.2026
Oxunuş sayı: 53