"Qarabağ"ın "Tvente" ilə oyunu ÖNCƏSİ MÜHÜM XƏBƏR
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində "Tvente" ilə ilk görüş üçün Niderlanda səfər planı müəyyənləşib.
Bu barədə Crossmedia.az-a Azərbaycan təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
Klub rəsmisi komandanın oyundan bir gün əvvəl, günorta saatlarında yola düşəcəyini söyləyib.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
16:36 17.08.2026
Oxunuş sayı: 48