Tehrandan Vaşinqtona SƏRT CAVAB: “60 günlük son tarix yoxdur”
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai ABŞ-la anlaşmada “60 günlük son tarix” adlı müddəanın olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Baqai qeyd edib ki, İran İslam Respublikası siyasətini təzyiq, ultimatum və ya müəyyən edilmiş vaxt məhdudiyyətləri əsasında formalaşdırmır.
Onun sözlərinə görə, anlaşma memorandumunda yalnız iki məsələ – “sanksiyaların aradan qaldırılması” və “nüvə problemi” üzrə müzakirələrin aparılması üçün 60 günlük müddət nəzərdə tutulub.
Baqai bildirib ki, həmin müddət ərzində nəticə əldə olunmasaydı, 60 günlük dövr uzadıla bilərdi.
O qeyd edib ki, ABŞ tərəfindən iyunun 18-də imzalanmış anlaşma memorandumunun imzalanmasından cəmi bir neçə həftə sonra kobud və genişmiqyaslı şəkildə pozulması səbəbindən danışıqlara ümumiyyətlə başlanılmayıb.
“Buna görə də 60 günlük müddət məsələsi tamamilə aktuallığını itirib”, - deyə Baqai vurğulayıb.
İran XİN sözçüsü həmçinin Avropanın İranla ABŞ arasında vasitəçilik etdiyi barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
“Pakistan İran və ABŞ arasında əsas vasitəçidir, Qətər də səylər göstərir. Bəzi Avropa ölkələrinin bizimlə təmaslarda öz mövqelərini bildirməsi və xoşməramlı xidmətlərini təklif etməyə hazır olduqlarını ifadə etməsi tamamilə təbiidir. Lakin bu, İran-ABŞ münasibətləri ilə bağlı proseslərdə yeni vasitəçimizin meydana çıxması demək deyil”, - deyə Baqai bildirib.
16:11 17.08.2026
Oxunuş sayı: 50