CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Tramp

10:37 26.09.2026

Trampın İran planı: ABŞ-ın hücumları yenidən başlaya bilərmi?

26

ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi əməliyyatları yenidən başlatma ehtimalını nəzərdən keçirdiyi iddia olunur. Crossmedia.az xəbər verir ki, “Wall Street Journal” (WSJ) qəzeti adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazıb ki, Tramp noyabr ayında keçiriləcək ara seçkilərdən sonra İrana qarşı hücumların bərpası məsələsini gündəmə gətirə bilər. Məlumata görə, Trampın İranın irəli sürdüyü 7 günlük atəşkəs təklifini qəbul etmədiyi və köməkçilərinə ara seçkilərdən sonra Tehranla bağlı hərbi addımların yenidən nəzərdən keçirilə biləcəyini bildirdiyi iddia edilir. Qəzet yazır ki, Trampın hazırda “böyükmiqyaslı hərbi əməliyyatlara başlamaqda istəksiz olduğu” və bunun səbəblərindən birinin ABŞ-ın mövcud sursat ehtiyatlarını digər mümkün vəziyyətlər üçün qorumaq istəyi olduğu irəli sürülür. İranın xarici işlər naziri Abbas Əraqçi isə daha əvvəl bildirib ki, Hörmüz boğazında gəmi hərəkətinin bərpası üçün vasitəçilər üzərindən ABŞ-a 7 günlük “dəqiq” plan təqdim edilib. Onun sözlərinə görə, bu məsələdə son qərar Vaşinqtona aiddir. ABŞ və İran arasında artan gərginlik fonunda Hörmüz boğazının vəziyyəti və mümkün diplomatik danışıqlar regional təhlükəsizlik gündəminin əsas mövzularından biri olaraq qalır.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR