Rubio: Avropa Ukrayna ilə bağlı razılaşmalardan kənarda qala biləcəyindən narahatdır
Avropa Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya və ABŞ arasında razılaşma əldə olunacağı təqdirdə prosesdən kənarda qalacağından ehtiyat edir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, ABŞ ilə Avropadakı müttəfiqləri arasında münaqişənin nizamlanması məsələsində prinsipial fikir ayrılığı yoxdur.
20:34 10.11.2026
Oxunuş sayı: 66