Britaniyalı komediya aktyoru Devid Uolliams təqibdə ittiham olunur
Britaniyalı komediya aktyoru Devid Uolliams azyaşlıları cinsi münasibətlərə cəlb etməyə çalışmaqda və iş yerində seksual xarakterli davranışlarda ittiham olunur. Aktyor irəli sürülən ittihamları rədd edir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti və ITV telekanalının dərc etdiyi araşdırmada bildirilib.
55 yaşlı televiziya ulduzu ilə bağlı araşdırmada onun azyaşlılara qarşı yolverilməz davranışlar sərgilədiyi, həmçinin iş mühitində təqib hallarına yol verdiyi iddia olunur. Uolliams isə bu ittihamlarla razılaşmadığını bildirib.
20:42 10.11.2026
Oxunuş sayı: 42