Makron və həyat yoldaşı Kendis Ouensə qarşı yeni iddia qaldırıb
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Bricitin kişi doğulduğunu iddia edən amerikalı jurnalist Kendis Ouensə qarşı yeni məhkəmə iddiası qaldırıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.
Təxminən 400 səhifəlik iddia ərizəsində Ouensin 88 dəfə həqiqətə uyğun olmayan məlumatlar yaydığı qeyd olunub. Makronlar jurnalisti etibarsız məlumatlardan istifadə etməklə məşhurlaşmaqda və pul qazanmaqda ittiham edirlər.
20:47 10.11.2026
Oxunuş sayı: 46