İzmirdə zavod partlayışında həlak olan iki işçi dəfn edilib
Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda dəmir-polad zavodunda baş verən partlayış nəticəsində həlak olan iki işçi – İlker Sığırtmaçoğlu və Hüsnü Ersoy torpağa tapşırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
31 yaşlı İlker Sığırtmaçoğlu və 38 yaşlı Hüsnü Ersoyun cənazələri məhkəmə-tibbi ekspertiza prosedurlarından sonra ailələrinə təhvil verilib. Onlar Menemen rayonunun Bozköy məhəlləsindəki məscidə gətirilib.
Məlumata görə, əmioğlu olan iki işçi təxminən 15 il eyni zavodda çalışıb. Onların hər ikisi evli olub, Hüsnü Ersoy isə əkiz qız atası idi.
Dəfn mərasimində Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan, yerli rəsmilər, millət vəkilləri və mərhumların yaxınları iştirak ediblər. Cənazə namazından sonra hər iki işçi Bozköy məhəlləsinin qəbiristanlığında dəfn olunub.
21:03 10.11.2026
Oxunuş sayı: 39