Bakı-Astara yolunda avtomobil piyadanı vurub
Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub.
Crossmedia.az xəbər verir ki, hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub.
Zərərçəkən ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(Oxu.az)
21:15 10.11.2026
Oxunuş sayı: 37