Vaşinqton və Avropa Ukrayna məsələsində ortaq mövqedədir
ABŞ və Avropa Ukrayna müharibəsinin başa çatdırılması və gələcəkdə belə münaqişələrin təkrarlanmaması ilə bağlı eyni məqsədləri bölüşür.
Crossmedia.az xəbər verir ki, bu barədə “İnterfaks” ABŞ dövlət katibi Marko Rubionun Parisdə jurnalistlərlə söhbətinə istinadən məlumat yayıb.
“Bizim məqsədlərimiz eynidir. Müharibənin başa çatmasını və bir daha heç vaxt müharibə olmamasını istəyirik”, – Rubio bildirib.
Dövlət katibi ABŞ-nin mövqeyini də xatırladaraq, Ukrayna ilə bağlı gələcək danışıqlar prosesinə Avropa tərəfinin də qoşulmalı olduğunu qeyd edib.
18:17 10.11.2026
Oxunuş sayı: 79