Türkiyədə müğənni Güllünün ölümü ilə bağlı yeni mərhələ
Türkiyəli müğənni Güllü kimi tanınan Gül Tutun ölümü ilə bağlı məhkəmə işində onun qızı Tuğyan Ülkem Gülterin vəkili hökmü apellyasiya qaydasında mübahisələndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Vəkil Merve Uçanok 21 səhifəlik etiraz ərizəsi təqdim edərək, müvəkkilinin anasını öldürmək ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilməsinə qarşı çıxıb.
Müdafiə tərəfi ərizədə hadisə zamanı Gül Tutun qanında 3,53 promil spirt olduğunu və hadisənin qəza nəticəsində baş verməsi ehtimalının nəzərə alınmadığını iddia edib.
17:22 10.11.2026
Oxunuş sayı: 84