EIA Azərbaycanın 2027-ci il üzrə neft hasilatı proqnozunu dəyişməyib
ABŞ-nin Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-ci il üçün orta gündəlik neft hasilatının 530 min barel olacağını proqnozlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə qurumun “Qısamüddətli enerji perspektivi” hesabatının noyabr buraxılışında bildirilib.
Qeyd olunub ki, EIA-nın oktyabr ayında açıqladığı proqnoz da eyni səviyyədə olub.
Hesabata əsasən, 2027-ci ilin birinci rübündə Azərbaycanda orta gündəlik neft hasilatının 540 min barel, ikinci rübdə 530 min barel təşkil edəcəyi gözlənilir.
Qurum üçüncü və dördüncü rüblər üzrə gündəlik hasilat proqnozunu isə 520 min barel səviyyəsində saxlayıb.
21:23 10.11.2026
Oxunuş sayı: 31