ABŞ-da Senat seçkiləri ərəfəsində demokratların mövqeləri güclənir
ABŞ-da noyabrın 3-də keçiriləcək Senat seçkiləri ərəfəsində Demokratlar Partiyası ənənəvi olaraq Respublikaçılar Partiyasını dəstəkləyən bir sıra ştatlarda rəqibləri ilə arasındakı fərqi azaldır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, bu tendensiya 2028-ci ildə keçiriləcək prezident seçkilərində rəqabətin daha çox ştatı əhatə etməsinə səbəb ola bilər.
2024-cü il prezident seçkilərində Donald Tramp altı ştatın hamısında ikirəqəmli fərqlə qalib gəlib. Lakin onun administrasiyasına qarşı narazılığın artması, qiymətlərin yüksəlməsi və respublikaçı namizədlərin birmənalı qarşılanmaması demokratların rəqibləri ilə aralarındakı fərqi azaltmasına şərait yaradıb.
Bununla belə, Respublikaçılar Partiyasının nümayəndələri mövcud tendensiyanın müvəqqəti xarakter daşıdığını düşünürlər.
Barak Obamanın keçmiş strateqi Devid Akselrodun fikrincə, demokratların 2028-ci il prezident seçkilərindəki perspektivləri kənd yerlərində yaşayan seçiciləri və mərkəz-sağ siyasi baxışlara malik insanları cəlb edə biləcək namizəd irəli sürmələrindən asılı olacaq.
20:44 13.10.2026
Oxunuş sayı: 49