“Turan” klubu CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib
Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, təmsilçimiz turnirin üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritza Plovdiv” klubunu 3:0 hesabı ilə məğlub edib. Noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma 25:22, 25:17 və 25:23 hesabları ilə başa çatıb.
“Turan” ilk oyunda da səfərdə rəqibini 3:0 hesabı ilə məğlub etdiyindən iki görüşün nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.
Komanda qrup mərhələsinin D qrupunda Türkiyənin “Eczacibasi Peron ISTANBUL”, İtaliyanın “Savino Del Bene SCANDICCI” və Serbiyanın “Tent OBRENOVAC” klubları ilə mübarizə aparacaq.
“Turan” qrup mərhələsində ilk oyununu noyabrın 25-də səfərdə İtaliyanın “Savino Del Bene SCANDICCI” komandasına qarşı keçirəcək.
21:32 10.11.2026
Oxunuş sayı: 31