U-20 millisinin heyətində dəyişiklik edilib
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Bu barədə Crossmedia.az-a AFFA-dan məlumat verilib.
MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə "Sabah"ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb edilib.
Qeyd edək ki, U-20 noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.
14:22 10.11.2026
Oxunuş sayı: 82