Xankəndi stadionunda ilk oyunun vaxtı açıqlanıb
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur.
Bu barədə Crossmedia.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.
PFL-in qərarına əsasən, noyabrın 19-da 1-ci Liqanın 8-ci turu çərçivəsində baş tutacaq "Xankəndi" – "Karvan-Yevlax" matçı bu stadionda keçiriləcək.
Qarşılaşma saat 16:00-da start götürəcək.
"Xankəndi" klubu bundan sonrakı ev oyunlarını da bu şəhərdə keçirəcək. MOİK klubunun Xankəndi stadionundan istifadəsi isə qış fasiləsindən sonraya nəzərdə tutulub.
10:38 10.11.2026
Oxunuş sayı: 89