Tramp administrasiyası insan alverinə qarşı mübarizə üzrə yeni səfir təyin edib
ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin insan alverinə qarşı mübarizə və bu sahədə monitorinq üzrə xüsusi tapşırıqlar səfiri vəzifəsinə Barbera Tornhilli təyin edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Tornhill yeni vəzifəsində insan alverinin qarşısının alınması, zərərçəkənlərin müdafiəsi və təqsirkarların məsuliyyətə cəlb edilməsi istiqamətində beynəlxalq səyləri əlaqələndirəcək.
Onun vəzifələrinə, həmçinin digər ölkələrin bu sahədə həyata keçirdiyi siyasətin qiymətləndirilməsi, xarici tərəfdaşlar və müvafiq qurumlarla əməkdaşlığın inkişaf etdirilməsi daxildir.
23:43 14.10.2026
Oxunuş sayı: 55