Tramp Filippinə səfər edəcək
ABŞ Prezidenti Donald Tramp noyabrda ASEAN sammitində iştirak etmək üçün Filippinin paytaxtı Manilaya səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Filippin Prezidenti Ferdinand Markosun administrasiyası bu barədə məlumat yayıb.
Qeyd edək ki, Tramp ötən il Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən ASEAN sammitində də iştirak edib.
15:48 14.10.2026
Oxunuş sayı: 124