Zelenski Trampın mövqeyini tənqid edib: Bu, tarixin doğru tərəfi deyil
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın müşavirlərinin mövqeyini yanlış hesab etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski açıqlamasında Trampın hansı qüvvələrin təsiri altında yanlış mövqe tutduğunu bilmədiyini deyib.
“Əgər ortada dayanırsınızsa, ortada qalmalısınız, yanlış tərəfdə deyil. Düşünürəm ki, Trampın müşavirləri yanılırlar. Bilmirəm, onu yanlış tərəfə kim yönləndirir. Bu, tarixin doğru tərəfi deyil”, – deyə Zelenski bildirib.
20:39 14.10.2026
Oxunuş sayı: 51