Ceyhun Bayramov türkiyəli həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.
13:28
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb.
Crossmedia.az bu barədə "Anadolu Agentliyi"nə istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional hadisələr müzakirə olunub.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, regional sabitlik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.
14:23 20.01.2026
Oxunuş sayı: 1208