Andrey Zvyagintsev Rusiyada “xarici agent” elan edildi
Rusiyanın tanınmış kinorejissoru Andrey Zvyagintsev “xarici agentlər” reyestrinə daxil edilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, Zvyagintsev “xarici agentlər” və Rusiyada arzuolunmaz elan edilmiş təşkilatların materiallarının hazırlanmasında iştirak edib, həmçinin Rusiya hakimiyyətinin qərarları və siyasəti barədə “etibarsız məlumatlar” yaymaqda ittiham olunur. Nazirlik onun xarici agentlərlə əlaqədə olduğunu və Rusiyadan kənarda yaşadığını da bildirib.
Zvyagintsev “Qayıdış”, “Yelena”, “Leviafan” və “Sevgisizlik” filmləri ilə tanınır. Onun 2026-cı ildə təqdim olunan “Minotavr” filmi 79-cu Kann Film Festivalında Qran-pri mükafatına layiq görülüb.
Rejissor mükafatı qəbul edərkən səhnədən Rusiya Prezidenti Vladimir Putinə müharibəni dayandırmaq çağırışı edib.
20:07 18.09.2026
Oxunuş sayı: 56