Finlandiya və Norveç liderlərinin Putinlə təması Brüsseldə kəskin reaksiya doğurub
Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störenin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı Avropa İttifaqının Ukrayna münaqişəsi ilə bağlı mövqeyinə uyğun gəlmir.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bu barədə “Vedomosti” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının hazırkı xətti münaqişənin uzadılmasına və onun sülh yolu ilə həlli imkanlarının qarşısının alınmasına yönəlib.
Qruşko qeyd edib ki, Stubb və Störenin Moskva ilə telefon əlaqəsi bu yanaşmaya uyğun deyil. Nazir müavininin fikrincə, məhz buna görə Finlandiya və Norveç liderlərinin bu addımı Avropa İttifaqında kəskin reaksiya ilə qarşılanıb.
23:49 03.11.2026
Oxunuş sayı: 45