Melaniya Trampın iştirakı ilə Rusiya-Ukrayna görüşü keçiriləcək
ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Vaşinqtonda Rusiya və Ukrayna nümayəndələri ilə görüşəcək. O, həmçinin Xerson vilayətinin işğal altında olan Oleşki şəhərində həyata keçirilən humanitar missiya ilə bağlı çıxış edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib. “Reuters” agentliyi də görüşün keçiriləcəyini təsdiqləyib.
Məlumata görə, oktyabrın sonunda Melaniya Trampın və Roma Papası XIV Leonun vasitəçiliyi ilə Rusiya və Ukrayna Oleşki şəhərində yerli atəşkəs barədə razılığa gəliblər. Məqsəd şəhər sakinlərinin təhlükəsiz şəkildə ərazini tərk etməsinə şərait yaratmaq olub.
Görüşdə Ukrayna tərəfini Ali Radanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və parlamentin insan hüquqları üzrə müvəkkili Dmitri Lubinetsin, Rusiya tərəfini isə Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Rusiyanın ombudsmanı Yana Lantratovanın təmsil edəcəyi bildirilir.
Qeyd edək ki, Ağ Evin noyabrın 3-də yaydığı rəsmi açıqlamada görüşün vaxtı və mövzusu təsdiqlənsə də, iştirakçıların adları açıqlanmayıb.
23:07 03.11.2026
Oxunuş sayı: 54