Paşinyan: Azərbaycanla aramızda artıq real sülh mövcuddur
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə sülhün artıq real vəziyyətə çevrildiyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Brüsseldə “Euronews” telekanalına müsahibəsində danışıb.
Paşinyan qeyd edib ki, Azərbaycanla sülhün əldə olunmasında 2026-cı il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş tutan görüş mühüm rol oynayıb.
“Yaxşı xəbər odur ki, biz Azərbaycanla sülhü bərqərar etmişik. Bu, keçən ilin avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın dəstəyi və təşəbbüsü ilə baş verib”, – deyə o bildirib.
Ermənistanın Baş naziri vurğulayıb ki, əldə olunan nəticə sadəcə sülh niyyətini ifadə edən bəyannamə deyil, artıq real həyatda özünü göstərən vəziyyətdir.
“Bu, sadəcə sülh haqqında bəyannamə deyildi. O, yerdə reallığa çevrilib. Mən onu demək istəyirəm ki, indi yerdə real sülhümüz var”, – Paşinyan əlavə edib.
O, dünyada baş verən prosesləri nəzərə alaraq Azərbaycanla sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh sazişi Vaşinqtonda xarici işlər nazirləri tərəfindən paraflanıb. İndi əsas vəzifə sənədin imzalanması və hər iki ölkədə ratifikasiya edilməsidir.
Paşinyan hesab edir ki, davamlı sülhün təmin olunması həm regionda sabitliyin qorunması, həm də Ermənistanın Avropa perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
19:12 03.11.2026
Oxunuş sayı: 68