Zəfər Günü ərəfəsində gənc istedadlar mükafatlandırılıb
Zəfər Günü ərəfəsində keçirilən “Mənim Qəhrəmanım” Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər müəyyənləşdirilib.
Crossmedia.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilib.
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində təşkil olunan müsabiqədə 14–17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda müasir dövrün yeni qəhrəman obrazını yaratmağa dəvət ediliblər.
Münsiflər heyəti təqdim olunan 31 əsəri qiymətləndirərək üç qalibi seçib.
Birinci yerə Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin 16 yaşlı tələbəsi Zəhra Məmmədova layiq görülüb.
İkinci yeri 14 yaşlı Bakı məktəblisi Xədicə Şirin Derdiyok, üçüncü yeri isə Amir Hüseynli tutub.
17:23 03.11.2026
Oxunuş sayı: 70