Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Bakının Novxanı qəsəbəsində yerləşən və “milyonluq saray” kimi tanınan malikanənin sahibi Bəxtiyar Dali (Qaraşov) həbs edilib.
Crossmedia.az xəbər verir ki, 66 yaşlı Bəxtiyar Dali özünə məxsus bağ evində bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur.
Prokurorluq orqanlarının apardığı istintaq çərçivəsində ona Cinayət Məcəlləsinin 29 və 149-cu maddələri (zorlamağa cəhd) ilə ittiham irəli sürülüb.
Məhkəmənin qərarı ilə Bəxtiyar Dali barəsində həbs qətimkan tədbiri seçilib. O, hazırda Şüvəlan istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. O, əvvəlki açıqlamalarında ixtisasca hərbi mühəndis olduğunu bildirib.
16:43 03.11.2026
Oxunuş sayı: 95