Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə qəbul edəcək
ABŞ-nin birinci xanımı Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələri ilə Ağ Evdə görüş keçirəcək.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi Ağ Evin açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Bildirilib ki, görüş noyabrın 5-də, cümə axşamı baş tutacaq.
Melaniya Trampın görüş zamanı Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində əldə olunmuş müvəqqəti atəşkəslə bağlı çıxış etməsi də gözlənilir.
Qeyd edək ki, Ağ Ev oktyabrın 23-də Melaniya Trampın vasitəçiliyi ilə Oleşkidə humanitar məqsədli atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.
Razılaşma mülki əhaliyə humanitar yardımın çatdırılmasını və sakinlərin təhlükəsiz təxliyəsini nəzərdə tutur.
Ağ Ev noyabrın 5-də keçiriləcək görüşdə iştirak edəcək nümayəndələrin kimliyi və danışıqların ətraflı gündəliyi barədə əlavə məlumat açıqlamayıb.
17:21 03.11.2026
Oxunuş sayı: 73