Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, müvəkkil Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.
Həmçinin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.
19:54 03.11.2026
Oxunuş sayı: 68